bazar ertəsi 10 noyabr 2025 - 14:06
Əgər bir şəxs gənc dövründə özünü islah etməyib, gəlib qocalıq dövründə özünü islah etmək istəsə bu onun üçün çətin olacaqdır.

Hövzə / Həzrət Ayətullah Cavadi Amuli buyurub: Əgər bir insan bu puç və əsassız düşüncədə olsa ki, qocalıq dövründə günahlarını aradan qaldıracaq, vay onun halına!

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Həzrət Ayətullah Cavadi Amuli bir yazısında “Əgər bir şəxs gənc dövründə özünü islah etməyib, gəlib qocalıq dövründə özünü islah etmək istəsə bu onun üçün çətin olacaqdır” – deyə qeyd edərək əlavə edib:

Əgər insan belə yanlış bir təsəvvürə qapılsa ki, qocalıqda günahlarını düzəldə bilər, vay onun halına! Çünki birincisi o, islahın cari fürsətini buraxıb, özünün də sağ qalacağını bilmədiyi bir gələcəyə təxirə salmışdır. İkincisi isə qocalıq dövründə “beşinci yolkəsən” onun tövbə və düzəliş yolunu bağlayacaq. Axı, şeytan yaşlıları tək buraxırmı? Məgər bu aşkar düşmən, qocalar üçün ayrıca tələ qurmamışdırmı? Məgər yaşlı insan üçün “mal və övlad çoxaltmaq ehtirası” adlı bir yolkəsən təyin edilməmişdirmi?

Əgər bir kəs gənclikdə özünü islah etməzsə, qocalıqda bunu bərpa etmək çox çətin olacaqdır. Çünki o, həm gəncliyin aldadıcı fitnələrinə məruz qalıb, həm də qocalığın təhlükələrinə cavab verməli olacaq.

Rəvayət olunur ki, Cabir ibn Abdullah möminlərin əmiri İmam Əlinin (ə) hüzurunda dərindən bir ah çəkdi — “tənəffusus-suəda”, yəni qəlbin dərinliyindən gələn bir nəfəs aldı. Həzrət ona buyurdu:
“Bu dərin ahı, yəni peşmanlığın nişanəsini, dünya üçün çəkdinmi?”
Cabir cavab verdi: “Bəli, ey Əmirəl-möminin.”
Həzrət buyurdu: “Ey Cabir! Mən sənə dünyanın mahiyyətini açıqlayım ki, biləsən. Dünya üçün peşmanlığa dəyməz.”

Sonra buyurdu:
“Dünyanın ən yüksək ləzzətləri yemək, geyim və cismani istəklərdən ibarətdir. Dünyanın ən ləziz qidası saf baldır. Halbuki bu bal, bir həşəratın (arı) məhsuludur! Dünyanın ən dəyərli geyimi ipək və yumuşaq bir parçadır. Halbuki bu da ipəkqurdunun əməyinin nəticəsidir! Belə olan halda, vay o kəsin halına ki, ipək xalçaya sahib olmadığı üçün dərin bir ah çəkir. Yəni bir qurdun zəhmətinin bəhrəsinə çatmadığı üçün təəssüf edir və ya saf bal yemədiyi üçün peşman olur. Yəni bir arının zəhmətindən pay almadığına görə qəlbi sızlayır.” [1]

Beləliklə, dünyanın maddi ləzzətləri peşmanlığa dəyməz. Rütbə və məqam isə yalnız bir xülyadır. Allah da təkəbbürlü və özünə arxayın insanı sevməz.

[1] Biharul-ənvar, cild 75, səh. 11

Mənbə: "Əxlaqe karqozaran dər hökuməte islami" kitabı, səh. 174–175

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha